Ordu.az xəbər verir ki, “La Repubblica” bu satışı “dönüş nöqtəsi” olaraq xarakterizə edərkən, “Corriere della Sera” Avropanın pilotsuz uçuş aparatı istehsalında geri qalmasına işarə edərək, “Baykar”ın bu sahədəki uğurlarını vurğulayıb.
İtaliya Sənaye və “Made in Italy” Nazirliyi (MIMIT) tərəfindən təsdiqlənmiş satış prosesində Səudiyyə və Braziliya qrupları da daxil olmaqla, 3 beynəlxalq şirkət yarışıb.
MIMIT komissiyası “Baykar”ın təklifini işçilərin hüquqları və “Piaggio”nun sənaye gələcəyi baxımından ən uyğun variant kimi qiymətləndirib.
Müdafiə mütəxəssisləri bildirirlər ki, bu satınalma ilə “Baykar” təkcə bir şirkət deyil, həm də “Piaggio”nun 140 illik təyyarə mühərriklərinin istehsalı və texniki xidməti təcrübəsini əldə edib.
1884-cü ildə qurulan “Piaggio”nun təyyarə mühərrikləri və MRO (Texniki Qulluq, Təmir, Əsaslı Təmir) xidmətlərindəki təcrübəsi “Baykar” üçün əhəmiyyətli bir üstünlük təmin edəcək.
Sevinc Əliyeva
Ordu.az