Ordu.az xəbər verir ki, “Krone” qəzeti hərbi mənbələrə istinadən İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan təyyarələr üçün İtaliya Müdafiə Nazirliyi ilə niyyət məktubunun imzalanacağını açıqlayıb.
Avstriya Müdafiə Nazirliyi təyyarənin alınması planlarını təsdiqləyib və hazırda müqavilənin İtaliya hökuməti ilə müzakirə edildiyini bildirib.
Avstriya kansleri Karl Nehammer bildirib ki, bu saziş İtaliya və Avstriya arasında əməkdaşlığın gücünü göstərir.
Nehammer açıqlamasında qeyd edib: “Bu sazişin imzalanmasına mühüm töhfələr verən Baş nazir Corciya Meloniyə xüsusi təşəkkürümü bildirmək istərdim”.
Sevinc Əliyeva
Ordu.az