Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunb ki, hadisə yerinə gedən prezident səlahiyyətlərini müvəqqəti icra edən Çxve San Mok müşavirənin keçirilməsi barədə məlumatlandırılıb.
Prezident Administrasiyasının rəhbəri Çon Çjin Suk yüksək vəzifəli məmurlarla birlikdə qəzanın səbəblərinin hərtərəfli araşdırılması və müvafiq nazirliklərin səylərinin əlaqələndirilməsi üçün addımları müzakirə edib.
***
Koreya Respublikasının səlahiyyətli prezidenti, baş nazirin müavini, maliyyə naziri Çxve San Mok Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarə qəzası yerinə gəlib.
Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinə istinadən “Newspim” agentliyi məlumat yayıb.
Son məlumatlara görə, 85 nəfər həlak olub.
Ordu.az