Ordu.az xəbər verir ki, nazirliyin verdiyi açıqlamada dekabrın 21-27-də Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verilib.
Açıqlamada bildirilib ki, Ukraynada hərbi elementlərə yüksək dəqiqlikli silahlar və Pilotsuz Uçuş Aparatları (PUA) ilə hücumlar həyata keçirilib.
Qeyd olunub ki, bu hücumlarda enerji elementləri, hərbi hava limanı infrastrukturu, sursat anbarları, PUA istehsalı, saxlama və təlim mərkəzləri, Ukrayna hərbi qulluqçuları və muzdlularının yerləşdirildiyi məntəqələr vurulub.
“Britaniya istehsalı olan 4 ədəd “Storm Shadow” raketi, uzun mənzilli “Neptun” raketi, 2 ədəd Fransa istehsalı olan “Hammers”, ABŞ istehsalı olan 31 ədəd HIMARS raketi və 496 ədəd PUA Rusiya HHM sistemləri tərəfindən vurulub”, - deyə açıqlamada bildirilib.
Sevinc Əliyeva
Ordu.az