“Teknopark İstanbul” baş direktoru Türkiyənin müdafiə sənayesi və mühəndislik gücündən danışıb - VİDEO

2024/12/1735291254.jpg
Oxunub: 547     22:20     12 Yanvar 2025    
Türk Dövlətləri Təşkilatı (TDT) və İstanbul Universiteti İqtisadiyyat Fakültəsi Türk İqtisadiyyatı və Sosial Elmlər Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “21-ci Əsrin Yüksələn Dəyəri və Gücü: Türk Dövlətləri Təşkilatı” adlı tədbir keçirilib.

Ordu.az xəbər verir ki, konfransda “Teknopark İstanbul” baş direktoru Abdurrahman Akyol da iştirak edib və “Türkiyədə Mühəndislik və Müdafiə Sənayesi” adlı təqdimatla çıxış edib.

Akyol Türkiyənin müdafiə sənayesi və mühəndislik gücündən danışıb.

TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da tədbirdə iştirak edib.

Tədbirlə bağlı yayımlanan videonu təqdim edirik:



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TDT  


Bizi "telegram"da izləyin