Yunanıstan Fransadan “Exocet MM40 Block 3C” gəmi əleyhinə raketləri alır

2024/12/1735106690.jpg
Oxunub: 601     15:04     31 Dekabr 2024    
Yunanıstan Hərbi Dəniz Qüvvələri (HDQ) Fransadan “Exocet MM40 Block 3C” gəmi əleyhinə raketləri alır.

Ordu.az xəbər verir ki, Yunanıstan parlamentinin silahlanma komitəsi 33 milyon avroya 16 ədəd “Exocet MM40 Block 3C” gəmi əleyhinə raketinin alınmasını təsdiqləyib.

Raketlər Yunanıstan HDQ-nin inventarına daxil ediləcək və müxtəlif platformalarda istifadə olunacaq. Bundan əlavə, Yunanıstanın Fransadan aldığı və tədarükünün 2026-cı ildə başlaması planlaşdırılan “Belharra” sinfinə məxsus freqatlarda “Exocet Block 3C” raketlərindən istifadə olunacaq.

Parlament komitəsi, həmçinin patrul/müşahidə məqsədləri üçün istifadə edilən köhnə qayıqları əvəz etmək məqsədilə 3 ədəd “Marine Protector” patrul gəmisinin tədarükü ilə bağlı 15 milyon avroluq proqramı təsdiqləyib.

ABŞ-dən alınacaq bu qayıqların daşınması və modernləşdirilməsi xərcləri də daxil olmaqla, hər gəmi təxminən 5 milyon avroya başa gələcək.

Fransanın tərəfdaşlarından biri olduğu, Avropada yerləşən MBDA şirkətinin istehsal etdiyi “Exocet Block 3C” raketləri 200 km-lik mənzilə malikdir. Əvvəlki model “Block 2”nin 70 km mənzilindən üç dəfə çox olan bu mənzil raketin uzaq məsafələrdəki hədəfləri vurmasına şərait yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Fransa  


Bizi "telegram"da izləyin