Ordu.az xəbər verir ki, bu iş havadan buraxılan raketin ən azı 2045-ci ilə qədər fəaliyyətdə qalmasını təmin edəcək.
MBDA tərəfindən verilən açıqlamada qeyd edilib ki, texniki qulluqla yanaşı, sistem müasir silah sistemlərinə artan tələbləri qarşılamaq üçün texnoloji təkmilləşdirmələr də alacaq.
Digər tərəfdən, “Taurus Neo” adlanan 600 təkmilləşdirilmiş “Taurus” raketi Almaniya Müdafiə Nazirliyi tərəfindən satın alınmaq üçün qiymətləndirilir.
Məlumata görə, bu 2,18 milyard dollarlıq tədarük çərçivəsində ilk tədarüklər 2029-cu ildə həyata keçiriləcək.
Kateqoriyasında ən qabaqcıl raket sayılan “Taurus” 500 kilometrdən çox məsafədə yüksək dəyərli və bərkidilmiş hədəflərə nüfuz etmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az