Ordu.az xəbər verir ki, iki ölkə prosedur detallarını dəqiqləşdirib və razılaşma yaxın bir neçə ay ərzində tamamlanacaq.
Razılaşmaya Vyetnam ordusu və Hərbi Dəniz Qüvvələri tərəfindən “BrahMos” raket sisteminin alınması daxildir.
Bildirilib ki, ilk texniki və kommersiya detalları Vyetnam Müdafiə Nazirliyi tərəfindən Hindistanla paylaşılıb və qiymətləndirmələr davam edir.
Əgər razılaşma əldə olunarsa, Vyetnam Filippindən sonra Hindistandan “BrahMos” qanadlı raketləri alan ikinci ölkə olacaq. Vyetnam çatdırılma cədvəli, qiymət və ödəniş şərtləri ilə bağlı yekun detalların dəqiqləşdirilməsini gözləyir.
Sevinc Əliyeva
Ordu.az