Peskov Əsədin Rusiyada hərəkətinin məhdudlaşdırılması barədə xəbərləri təkzib edib

2024/05/1715232548.jpg
Oxunub: 365     13:49     23 Dekabr 2024    
Keçmiş Suriya lideri Bəşər Əsədin Rusiyada hərəkətinin məhdudlaşdırılması barədə məlumatlar həqiqətə uyğun deyil.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Xeyr, bu, həqiqətə uyğun deyil", - o, Türkiyə mətbuatında "Əsədin həyat yoldaşının boşanmaq və Rusiyadan getmək istədiyi, Əsədin Moskvadan çıxışının məhdudlaşdırıldığı və əmlakının dondurulduğu" barədə yayılan məlumatların həqiqətə uyğun olub-olmaması barədə sualı belə şərh edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Əsəd   Rusiya  


Bizi "telegram"da izləyin