İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq

2024/12/1734943976.jpg
Oxunub: 394     12:47     23 Dekabr 2024    
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq.

Ordu.az xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib.

Bəqai bildirib ki, İran və Rusiyanın yanvarın ortalarında ikitərəfli səfər zamanı hərtərəfli əməkdaşlıq haqqında sazişi imzalaması gözlənilir.

Sözçü İranla Avropa üçlüyü ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların növbəti raundunun tarixinin müəyyən edildiyini də qeyd edib: "İranla Avropa üçlüyü arasında danışıqların növbəti raundu 2025-ci il yanvarın ortalarında keçiriləcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin