Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Yunanıstana “Aerosonde” PUA-sı, M1117 zirehli vasitələri, əlaqədar logistika və proqram dəstəyi elementlərinin təxmini dəyəri 130 milyon dollar olan mümkün Xarici Hərbi Satışını (FMS) təsdiqləyən qərar qəbul etdiyini açıqlayıb.
Bildirilib ki, dekabrın 20-nə ABŞ Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi (DSCA) mümkün satış barədə Konqresə məlumat verən lazımi sənədi çatdırıb.
DSCA-nın verdiyi açıqlamaya görə, Yunanıstan hökuməti “Aerosonde” PUA-sını “Anti-Spoofing” Modulu (SAASM) və Qlobal Yerləşdirmə Sistemi (GPS) kimi faydalı yüklərlə satın almağı tələb edir.
Sevinc Əliyeva
Ordu.az