Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) açıqlamasında bildirilib.
DSCA Mərakeşə 86 milyon dollar dəyərində GBU-39B Miniatür Bombalarının (SDB-I), 88,37 milyon dollar dəyərində AIM-120C-8 “hava-hava” raketləri və müvafiq avadanlıqların satışına icazə verildiyini bildirib.
Mərakeş Krallığı daha əvvəl 500 ədəd GBU-39B Miniatür Bombası I (SDB-I) və 2 ədəd GBU-39 (T-1)/B ətalətli təcrübə bombası tələb etmişdi.
DSCA-nın verdiyi açıqlamada, müqaviləyə daxil olan avadanlıqların ehtiyat hissələri, istehlak materialları, təmir dəstəyi və nəqliyyat dəstəyinin olduğu bildirilib.
Sevinc Əliyeva
Ordu.az