Rusiya kəşfiyyatı: Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır

2024/12/1734938079.jpg
Oxunub: 1015     11:04     23 Dekabr 2024    
Moldova Prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır. Heç kim onun müharibəyə cəhd etməyəcəyinə zəmanət verə bilməz.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosunın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Moldova Prezidenti bu yaxınlarda ölkənin hökumət rəhbərliyi ilə enerji təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirib. “Görüş Sandunun Dnestryanı üzərində nəzarətin qurulması və bölgədə Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb. Heç kim təminat verə bilməz ki, Moldova Prezidenti həqiqətən regionda real müharibəyə başlamağa cəhd etməyəcək”, - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Rusiya   Kəşfiyyat  


Bizi "telegram"da izləyin