Haluk Görgün TUSAŞ-a getdi - İkinci “Kaan” istehsal xəttində 2000-dən çox milli ehtiyat hissəsi yığılır

2024/12/1734937185.jpg
Oxunub: 478     13:44     23 Dekabr 2024    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün TUSAŞ-da olub.

Ordu.az xəbər verir ki, Görgün səfəri zamanı “Kaan”ın istehsal xəttini yaxından incələyib.

Səfər zamanı ilk uçuşunu 2025-ci ilin sonunda edəcək “Kaan”ın ikinci prototipinin istehsal xəttində gərgin işlərin aparıldığı görüntülənib. Görgün səfərindən sonra qeyd edib:

“Milli müdafiə sənayemizin ən böyük layihələrindən biri olan Milli Döyüş Təyyarəsi “Kaan” yeni prototipləri ilə qanadlarını səmaya açmağa hazırlaşır. TUSAŞ obyektlərimizdə 2000-dən çox yerli və milli hissələrin yığılması tam sürətlə davam edir. 2025-ci ilin sonunda ilk uçuşunu edəcək ikinci prototipimizin istehsal və montaj fəaliyyətlərini araşdırdıq.

Bir vaxtlar “Kaan”ın ilk prototip görüntülərinə lağ edənlər bu gün bu böyük uğur qarşısında susublar. “Kaan” sadəcə bir təyyarə deyil, millətimizin əzminin, mühəndislərimizin zəhmətinin və tam müstəqil Türkiyə hədəfimizin səmadakı simvoludur. Müdafiə sənayemizdə hər bir prototipdə uğur hekayələri yazır, məhsullarımızı kütləvi istehsala qoyur və qəhrəman ordumuza təqdim edirik. Səmamız indi daha güclü, gələcəyimiz daha ümidlidir! Bu mübarək yolda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   Kaan  


Bizi "telegram"da izləyin