Dəməşqdə Əbu Məhəmməd əl-Culani Səudiyyə Ərəbistanından gələn nümayəndə heyəti ilə görüşüb

2024/12/1733648628.jpg
Oxunub: 1216     02:51     23 Dekabr 2024    
Dəməşqdə hakimiyyətə gələn silahlı dəstələrin lideri Əbu Məhəmməd əl-Culani, Əhməd əl-Şaraa adı ilə də tanınır, Səudiyyə Ərəbistanından gələn rəsmi nümayəndə heyəti ilə görüşüb. Görüş Dəməşqdəki Xalq Sarayında keçirilib.

Ordu.az-ın məlumatına görə, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı xəbər yayıb. Nümayəndə heyətinə Səudiyyə kral məhkəməsinin nümayəndəsi və Səudiyyə Ərəbistanının səfiri daxildir. Görüşün təfərrüatları hələlik açıqlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin