Nikkei: Yaponiya hökumətinə qarşı narazılıq səviyyəsi 50%-i keçib

2024/12/1734420097.jpg
Oxunub: 440     07:21     23 Dekabr 2024    
Baş nazir Siqeru İsibanın rəhbərlik etdiyi Yaponiya hökumətinə qarşı narazılıq səviyyəsi 50%-i keçib.

Ordu.az xəbər verir ki, bunu “Nikkei” qəzetinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edib.

Narazılıq əvvəlki sorğuya nisbətən 5 bənd artaraq 51 faizə çatıb. Respondentlərin fikrincə, hökumətin prioriteti inflyasiya ilə mübarizə tədbirləri (38%), digər iqtisadi tədbirlər (36%), uşaqların tərbiyəsinə dəstək (27%), iş şəraitinin və əmək haqqının yaxşılaşdırılması (26%) olmalıdır.

Respondentlər hökumətin nüvə enerjisindən asılılığın azaldılması siyasətindən əl çəkməsi və əksinə, elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atom elektrik stansiyalarından maksimum istifadə edilməsi qərarını da müsbət qiymətləndiriblər. Respondentlərin 55%-i bu addımı dəstəkləyib, 31%-i isə əleyhinə olub.

Hökumətin reytinqlərinin aşağı düşməsinə baxmayaraq, “Komeyto” partiyası ilə birlikdə azlıq kabineti təşkil edən “Liberal Demokrat Partiyası”na dəstək 30%-dən 32%-ə yüksəlib. Ana müxalifət olan “Konstitusiya Demokrat Partiyası”nın reytinqi isə əksinə, 16%-dən 9%-ə düşüb. Sorğu dekabrın 20-dən 22-dək aparılıb və 774 respondent iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Hökumət  


Bizi "telegram"da izləyin