Almaniyada kanslerliyə namizədlər arasında Elis Veydel populyarlıq lideridir

2024/12/1734896552.jpg
Oxunub: 624     23:07     22 Dekabr 2024    
Almaniya kansleri vəzifəsinə namizədlər arasında populyarlıq reytinqində "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Elis Veydel birinci yeri tutur.

Ordu.az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, bu nəticə INSA sosioloji institutunun apardığı sorğunun nəticələrinə əsaslanır.

Respondentlərin partiya seçimində isə CDU/CSU bloku 32% dəstək ilə liderlik mövqeyini qoruyur. AfD partiyası 20% ilə ikinci yerdədir. Onu 16% dəstəklə hakim Almaniya Sosial Demokrat Partiyası, 12% ilə Yaşıllar, 8% ilə Sara Vaqenknextin Ağıl və Ədalət Uğrunda İttifaqı və 5% ilə Azad Demokrat Partiyası izləyir.

Qeyd edək ki, Almaniyada erkən parlament seçkiləri 2025-ci il fevralın 23-nə təyin olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   AfD  


Bizi "telegram"da izləyin