"Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir" - Zelenski

2024/12/1734879528.jpg
Oxunub: 467     17:35     22 Dekabr 2024    
Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, gələn il həlledici olacaq: "Biz hər şeyi etməliyik ki, 2025-ci il Ukrayna üçün ədalətli sülh ili olsun".

Qeyd edək ki, daha əvvəl ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Trampın Zelenskini müharibəni dayandırmağa çağırması barədə məlumat yayılıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin