Ərdoğan Maqdeburqda baş verən hadisəni pisləyib

2024/12/1733847610.jpg
Oxunub: 456     16:22     21 Dekabr 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə Almaniyanın Maqdeburq şəhərində Milad bazarında baş verən hadisəni pislədiyini deyib.

Ordu.az xəbər verir ki, Prezident bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Dünən gecə Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən mənfur hücumu qətiyyətlə pisləyirəm. Hücumda həyatını itirənlərin ailələrinə, dost Almaniya xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - paylaşımda deyilir.

Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində avtomobilin izdihamın üstünə sürülməsi nəticəsində 5 nəfər ölüb, 205 nəfər xəsarət alıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Maqdeburq  


Bizi "telegram"da izləyin