Ordu.az xəbər verir ki, yerli və milli müdafiə sənayesi hədəflərinin ən böyük simvollarından biri olan “Kaan” 2025-ci ilin sonunda ikinci prototipi ilə ilk uçuşunu etmək üçün günləri saymaqdadır.
TUSAŞ obyektlərində aparılan işlərə toxunan Görgün “Kaan”ın yeni prototipinin istehsal prosesinin tam sürətlə davam etdiyini bildirib.
“Milli Döyüş Təyyarəsi “Kaan” 2000-dən çox yerli və milli hissə ilə istehsal olunur. İkinci prototipimizin istehsal və montaj işlərini yerində araşdırdıq. İlk uçuşunu 2025-ci ilin sonunda həyata keçirməsi planlaşdırılır”, - deyə Görgün vurğulayıb.
Görgün “Kaan”ın sadəcə bir döyüş təyyarəsi olmadığını vurğulayıb və layihənin Türkiyənin mühəndislik uğurunu, müstəqillik hədəfini təmsil etdiyini bildirib.
“Bir vaxtlar “Kaan”ın ilk prototip vizuallarına istehza ilə baxanlar indi bu uğurun qarşısında susublar. “Kaan” millətimizin əzminin, mühəndislərimizin zəhmətinin və tam müstəqil Türkiyə hədəfimizin səmadakı simvoludur”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az