“Türkiyənin müdafiə və aviasiya sektorunun 2024-cü ilin 11 ayında ixrac gəlirləri 5,8 milyard dollara çatıb” - Yaşar Gülər

2024/10/1729758357.jpg
Oxunub: 612     16:57     21 Dekabr 2024    
Türkiyə milli müdafiə naziri Yaşar Gülər 2023-cü il Mərkəzi Hökumətin Yekun Hesab Qanunu Təklifinin maddələrinin müzakirə edildiyi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında deputatların suallarını cavablandırıb.

Ordu.az xəbər verir ki, Gülər müdafiə sənayesi ilə bağlı açıqlamalar verib.

Nazir bildirib ki, Müdafiə Sənayesinə Dəstək Fonduna ayrılan vəsaitlər daxil edildikdə, 2025-ci ildə 1 trilyon 608 milyard lirə vəsait nəzərdə tutulur.

Gülər müdafiə və aviasiya sektorunun ümumi dövriyyəsinin 2023-cü ilin sonunda 15,5 milyard dollara çatdığını, 2002-ci ildə 248 milyon dollar olan müdafiə və aviasiya ixracının 2023-cü ildə 5,5 milyard dollara yüksəldiyini bildirib.

Gülər Türkiyənin müdafiə və aviasiya sektorunun 2024-cü ilin 11 ayında ixrac gəlirlərinin 5,8 milyard dollara çatdığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Gülər  


Bizi "telegram"da izləyin