Ordu.az xəbər verir ki, Gülər 2023-cü il Mərkəzi Hökumətin Yekun Hesabı Qanun Təklifinin maddələrinin müzakirə edildiyi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında deputatların suallarını cavablandırıb.
Türkiyə milli müdafiə naziri müdafiə sənayesi ekosistemini xarici asılılığı minimuma endirəcək şəkildə gücləndirməyi hədəflədiklərini ifadə edib.
“Müdafiə Sənayesinə Dəstək Fonduna müdafiə və təhlükəsizlik birlikləri üçün ayrılan vəsaitlər daxil edildikdə, 2025-ci ildə ümumilikdə 1 trilyon 608 milyard lirə vəsait ayrılması nəzərdə tutulur”, - deyə o bildirib.
Gülər güclü siyasi iradə sayəsində müdafiə sənayesi sahəsində inqilabi bir transformasiyanın baş verdiyini vurğulayıb.
O qeyd edib ki, 2002-ci ildə təxminən 80 faiz xarici asılılıqla cəmi 62 müdafiə layihəsi həyata keçirilibsə, bu gün layihələrin sayı 20 dəfə artaraq, 80 faizə qədər yerlilik göstəricisi ilə 1132-yə çatıb.
Sevinc Əliyeva
Ordu.az