“Hürjet” üçün İspaniya ilə kritik imza atılıb

2024/12/1734774898.jpg
Oxunub: 567     12:54     21 Dekabr 2024    
Türkiyə ilə İspaniya arasında “Hürjet” Reaktiv Təlim Təyyarə Layihəsi üçün Anlaşma Memorandumu imzalandığı açıqlanıb.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün sosial media hesabından verdiyi açıqlamada Türkiyənin müdafiə sənayesində müstəqillik və müttəfiq ölkələrlə əməkdaşlıq hədəfini vurğulayıb.

Görgün açıqlamasında qeyd edib:

“Biz müdafiə sənayesində müttəfiqlərimizlə əməkdaşlığımızı gücləndirməyə və milli, yerli texnologiyalarımızı dost ölkələrlə bölüşməyə davam edirik. Bu gün müdafiə sənayesində tarixi addımlarımızdan birinin şahidi olmaqdan qürur duyuruq. Bu mühüm razılaşma Türkiyənin müstəqil texnologiyaları inkişaf etdirmək məqsədinin göstəricisi olmaqla yanaşı, dost və müttəfiq ölkələrlə güclü əməkdaşlığın nişanıdır.

Uğurla dolu bu prosesdə əməyi olan bütün MSK birliklərimizi, TUSAŞ-ın dəyərli komandasını, Madriddəki səfirimizi və mərasimdə iştirak edən Türkiyə Silahlı Qüvvələri attaşemizi ürəkdən təbrik edirəm. Türkiyə uzaqgörən liderliyin rəhbərliyi altında dünya miqyasında müdafiə sənayesindəki gücünü möhkəmləndirməyə davam edəcək. Ümid edirəm ki, bu müqavilə faydalı olacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürjet   İspaniya  


Bizi "telegram"da izləyin