“Lockheed Martin” HIMARS YARS-ının ilk tam avtonom sınaqlarını uğurla başa çatdırıb

2024/12/1734774856.jpg
Oxunub: 638     15:53     21 Dekabr 2024    
“Lockheed Martin” şirkəti süni zəka və sistemin avtonom imkanlarını nümayiş etdirərək, HIMARS Yaylım Atəşli Reaktiv Sisteminin (YARS) ilk tam avtonom sınaqlarını uğurla başa çatdırıb.

Ordu.az xəbər verir ki, sınaqlar heç bir insan müdaxiləsi olmadan avtonom idarəetmə və yerləşdirməni həyata keçirən raket buraxılış sistemini sınaqdan keçirib, bu cür texnologiyaların işçi qüvvəsi tələblərinin azaldılmasında və döyüş sahəsinin çevikliyinin artırılmasında transformasiya potensialını vurğulayıb.

Sistemin texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsə də, istehsalçı “Lockheed Martin” bu avtonom sistemin aylar ərzində işlək şəkildə istifadə oluna biləcəyini gözlədiklərini açıqlayıb.

HIMARS YARS-ları ABŞ, Avstraliya, Kanada, Estoniya, Finlandiya, İordaniya, Latviya, Litva, Polşa, Rumıniya, Sinqapur, Ukrayna və BƏƏ kimi bir çox ölkə tərəfindən istifadə olunur. Bu ölkələr yeni versiyanın təkmilləşdirmələri və yeni sifarişləri üçün potensial müştərilər kimi görünür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HIMARS   YARS   Lockheed  


Bizi "telegram"da izləyin