Yəməndən Təl-Əvivə raket zərbəsi endirilib, 16 nəfər yaralanıb

2024/12/1734767677.jpg
Oxunub: 434     11:35     21 Dekabr 2024    
Yəməndən dekabrın 21-i səhər saatlarında Təl-Əvivə endirilən raket zərbəsi nəticəsində 16 nəfər yaralanıb.

Ordu.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

"İsrail hərbçiləri Yəməndən atılan və Təl-Əvivə düşən mərminin qarşısını almaq cəhdinin uğursuz olduğunu bildiriblər. Milli tibb xidməti 16 nəfərin yüngül yaralandığını açıqlayıb", - məlumatda bildirilib.

Husilər sözügedən hücum zamanı "Fələstin 2" adlı hipersəs ballistik raketdən istifadə olunduğunu bəyan ediblər.

"Raket hədəfi dəqiq vurub, müdafiə sistemləri heç nə edə bilməyib", - husilərin nümayəndəsi Yəhya Sari deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Təl-Əviv  


Bizi "telegram"da izləyin