Ordu.az xəbər verir ki, Avstraliya Sualtı Qayıq Agentliyi (ASA), müdafiə sənayesi istehsalçıları “BAE Systems” və “ASC Pty Ltd” istehsalatda kritik sahələri inkişaf etdirmək üçün “Tapşırıq Bəyannaməsi” imzalayıb.
ASC-nin baş icraçı direktoru Stuart Uili qeyd edib: “Tapşırıq Bəyannaməsi” Avstraliyada üstünlük təşkil edən nüvə sualtı qayıqlarının inşası potensialının yaradılmasında mühüm addımdır. Proqramın ömrü boyu minlərlə yüksək ixtisaslı iş yerinin yaradılması gözlənilir”.
SSN AUKUS sualtı qayıqları geniş missiyaları yerinə yetirmək üçün qabaqcıl materialları və qabaqcıl texnologiyaları inteqrasiya edərək, gizlilik və davamlılıq üçün nəzərdə tutulub, onun xüsusiyyətlərinə kəşfiyyat, müşahidə və sualtı hücum imkanları da daxildir.
Sevinc Əliyeva
Ordu.az