Yəmən İsrailin mərkəzinə raket zərbələri endirib, yaralılar var

2024/12/1734757131.jpg
Oxunub: 564     08:47     21 Dekabr 2024    
Yəmənin raket hücumu nəticəsində İsraildə bir neçə nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrin məlumat yayıb.

Qeyd olunub ki, Tel-Əviv-Yaffa bölgəsində düşmüş mərmi aşkar edilib.

Hadisə nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb və onlara tibbi yardım göstərilib. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

İsrail Müdafiə Nazirliyi Yəməndən atılan raketin qarşısını almaq cəhdinin uğursuz olduğunu etiraf edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Yəmən  


Bizi "telegram"da izləyin