Pentaqon 11,7 milyard dollara 145 ədəd “F-35” sifariş verib

2024/12/1734426032.jpg
Oxunub: 852     07:38     21 Dekabr 2024    
ABŞ Müdafiə Nazirliyi 11,7 milyard dollara 145 ədəd beşinci nəsil F-35 döyüş təyyarəsi almağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.

Qırıcıların tədarükü Amerikanın “Lockheed Martin” hərbi-sənaye korporasiyası tərəfindən təmin ediləcək.

Pentaqon 46 təyyarəni üçüncü ölkələrə satacaq. Bundan əlavə, müqaviləyə Yaponiya və İtaliyada son montaj və yoxlama obyektləri üçün alət dəstəyi daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   F-35  


Bizi "telegram"da izləyin