ABŞ əl-Colaninin başına qoyulan 10 milyon dollar mükafatı ləğv edib

2024/12/1734756574.jpg
Oxunub: 536     03:45     21 Dekabr 2024    
HTŞ lideri Əbu Məhəmməd əl-Colani haqqında məlumat üçün təklif edilən 10 milyon dollar mükafat götürülüb.

Ordu.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilir.

Suriyada keçid hökumətinin qurulmasından sonra ABŞ-ın ilk dəfə yüksək səviyyəli danışıqlar aparmaq üçün Dəməşqə göndərdiyi nümayəndə heyətinə başçılıq edən ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Barbara Lif əl-Colani ilə görüşün təfərrüatlarını açıqlayıb.

Lif, əl-Colani haqqında məlumat verəcək olan şəxs üçün 10 milyon dollar mükafatın silindiyini və bu yeni qərarın onun özünə çatdırıldığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Colani  


Bizi "telegram"da izləyin