Cənubi Koreya Şimali Koreyanın PUA-larına qarşı hərbi təlimlər keçirəcək

2024/12/1734678483.jpg
Oxunub: 608     17:17     21 Dekabr 2024    
Cənubi Koreya ordusu Şimali Koreyanın Pilotsuz Uçuş Aparatı (PUA) təhdidlərinə qarşı yönəlmiş birgə Hava Hücumundan Müdafiə (HHM) təlimi keçirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, ordunun üç aylıq HHM tədrisinin bir hissəsi olan təlim müxtəlif bölmələrin potensial PUA hücumlarını koordinasiya etmək və effektiv şəkildə zərərsizləşdirmək qabiliyyətini qiymətləndirəcək.

Təlim zamanı Cənubi Koreya ordusu həm şərq, həm də qərb sahillərini hədəf alan çoxsaylı PUA-ların iştirakı ilə Şimalın qəfil hücumunu simulyasiya edəcək.

Seul Baş Qərargahının məlumatına görə, məqsəd düşmənin sızan PUA-larını aşkar etmək, müəyyən etmək və qarşısını almaq üçün müdafiə vasitələrini tez bir zamanda səfərbər etməkdir.

Təlimdə ordunun Quru Qoşunları Komandanlığının bölmələri, eləcə də Cənubi Koreya Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri də iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin