İlon Maskdan ABŞ və Britaniyanı birləşdirəcək 20 trilyon dollarlıq layihə

2024/12/1734600015.jpg
Oxunub: 496     11:19     23 Dekabr 2024    
Həm dünyada, həm də kosmosda çılğın ideyaları və layihələri ilə adından söz etdirən milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask bu dəfə ABŞ və Böyük Britaniyanı birləşdirmək istəyir.

Ordu.az xəbər verir ki, “Transatlantik tunel” ideyası bir müddətdir gündəmdə olsa da, “çılğın” Maskın irəli sürdüyü inqilabi texnologiyalarla bu fikir reallığa bir az daha yaxın görünür.

Layihə Londondan Nyu-Yorka sərnişinləri saatda 4800 kilometr sürətlə daşıya bilən sualtı hipersəs tunelini nəzərdə tutur.

Hazırda dəyəri təqribən 20 trilyon dollar olaraq qiymətləndirilən bu layihə illərdir ki, xəyalları zəbt edir. İnkişaf edən texnologiyalar sayəsində bir vaxtlar uzaq xəyal kimi görünən bu ideya getdikcə reallaşır.

Mask vakuum boru nəqliyyatında tarixi bir addım atmaq niyyətindədir. London və Nyu-Yorku birləşdirməyi hədəfləyən bu sistem hava müqavimətini azaltmaq üçün kapsulları vakuum borusunda yüksək sürətlə hərəkət etdirir.

Bu gün bu iki şəhər arasında uçuş təxminən 8 saat çəkərkən, Mask belə texnologiyaların ultra sürətli bağlantılar təklif edə biləcəyini iddia edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   ABŞ   Britaniyan  


Bizi "telegram"da izləyin