Ordu.az xəbər verir ki, bunu ROKETSAN Baş direktoru Murat İkinci deyib.
Onun sözlərinə görə, ROKETSAN normal olaraq 2025-ci ilin ortalarında əldə edəcəyi hədəflərə 2024-cü ilin sonuna qədər nail olub.
“Biz görürük ki, normal olaraq 2025-ci ilin ortalarında əldə edəcəyimiz hədəflərə 2024-cü ilin sonuna qədər nail olmuşuq. Biz bu məqsədləri daha yüksək səviyyələrə çatdırmaq üçün strateji planımıza yenidən baxırıq. ROKETSAN tezliklə dünyanın 50 ən böyük müdafiə şirkətindən birinə çevriləcək”, - deyə İkinci qeyd edib.
İkinci ROKETSAN-ın öz personalı ilə “Ar-Ge” baxımından bütün ehtiyaclarını ödəyən bir qurum olduğunu, texnologiya sahəsindəki bilik və təcrübə səviyyələri ilə dünya ilə rəqabət apara biləcək insan resursuna sahib olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az