Ordu.az xəbər verir ki, şirkət ABŞ-nin “SpaceX”in yolu ilə getməyə çalışır.
Yaponiyanın “Space One” kosmik təşəbbüsü tərəfindən hazırlanmış kiçik miqyaslı “Kairos” raketi dekabrın 17-də ikinci uçuş cəhdində nəzarətdən çıxıb və missiyasını başa vurmadan uğursuzluğa düçar olub.
“Space One” kimi şirkətlər hökumətlərdən daha ucuz və daha tez-tez kosmik tədqiqat imkanları təklif etmək istəyirlər.
“Space One” mart ayındakı ilk cəhdi havada partlayışla başa çatdıqdan sonra orbitə peyk çıxaran ilk özəl şirkət olmaq yolunda ikinci cəhdə hazırlaşırdı.
Təşəbbüs NASA və Pentaqon ilə müqavilələri olan İlon Maskın “SpaceX” şirkətini təqlid edərək, artan qlobal tələbatı ödəmək üçün peyk buraxılış xidməti qurmağa ümid edir. Lakin o, hələ də “Kairos” raketini orbitə uğurla çıxarmayıb.
Sevinc Əliyeva
Ordu.az