Ordu.az xəbər verir ki, Çin PUA-lardan və şarlardan buraxıla bilən hipersəs platformalarının sınaq fəaliyyətlərinin yeni görüntülərini yayımlayıb.
Paylaşılan görüntülərdə hipersəs sınaq platforması kimi MD-22 ilə oxşar dizayna malik olan MD-19, MD-21 və MD seriyalı vasitələr yer alır, platformaların yüksəklikdən buraxılmasında TB-001 PUA-sı və yüksək hündürlükdə hava şarının rol oynadığı görünür.
MD seriyalı hava platformaları paz formalı gövdə, delta qanadları və iki yamaclı şaquli quyruqlar kimi hipersəs dizayn xüsusiyyətlərinə malikdir.
2022-ci ildə “Zhuhai Airshow”da təqdim edilən və MD seriyasının ən qabaqcıl platforması olan MD-22-nin uzunluğu 10,8 metr, maksimal sürəti “Mach 7” və mənzili 8000 km-dir.
Sınaq platformalarının hansı hərəkət sistemindən istifadə etdiyi bəlli olmasa da, “havadan nəfəs alan” mühərriklərin raket mühərrikləri ilə dəstəklənərək, iki mərhələli “ramjet/scramjet” istifadə edilməsinə işarə edir.
Belə sistemlər raket mühərrikləri ilə ilkin sürətlənməni təmin etdikdən sonra hipersəs sürətinə çata bilir.
Sevinc Əliyeva
Ordu.az