Ordu.az xəbər verir ki, dövlətin nəzarətində olan “Çində Müdafiə Sənayesi Transformasiyası” jurnalının son sayında dərc olunan siyahıda ABŞ aviadaşıyıcı təyyarələrindəki əsas radar sistemləri, sensorlar və rabitə avadanlıqları əsas hədəflər kimi müəyyən edilib.
PLA-nın 92728 bölməsinin EW mütəxəssisi olan Mo Tszyatsyanın sözlərinə görə, bu sistemlər ABŞ Hərbi Dəniz Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) və erkən xəbərdarlıq şəbəkəsinin kritik elementi olan Kooperativ Nişanalma Qabiliyyətinin (CEC) ayrılmaz hissəsidir.
O iddia edir ki, Pekin bu şəbəkədə Vaşinqtonun HHM məlumatlarını paylaşmaq və ya “yer-hava” raketləri buraxmaq qabiliyyətini zərərsizləşdirmək üçün istifadə edilə bilən zəif cəhətləri aşkar edib.
Dərc edilmiş siyahıda hücuma məruz qalma ehtimalı yüksək olan sistemlər arasında “Lockheed Martin”in AN/SPY-1 AESA radarı və E-2C “Hawkeye” erkən xəbərdarlıq təyyarəsi var.
Sevinc Əliyeva
Ordu.az