Tramp: "Kanadalılar ölkənin ABŞ-nin 51-ci ştatı olmasını istəyir"

2024/12/1734238301.jpg
Oxunub: 448     14:20     18 Dekabr 2024    
“Kanada ölkəmizin 51-ci ştatı olsaydı vətəndaşlar həm vergilərə, həm də müdafiə məsələlərinə ayrılan vəsaitə xeyli qənaət etmiş olardı”.

Ordu.az xəbər verir ki, bunu yanvarın 20-də ABŞ-nin prezidenti vəzifəsinin icrasına başlayacaq Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, kanadalıların bir çoxu məhz bunu istəyir.

D. Tramp eyni zamanda ABŞ-nin bu ölkəyə subsidiya ayırmasının qəribə olduğunu qeyd edib:

“Kim Kanadaya ildə 100 milyon dollardan çox vəsait ayırmağımızın səbəbini izah edə bilər? Bu mənasızdır! Əksər kanadalılar bu ölkənin 51-ci ştatımız olmasını arzulayır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Kanada  


Bizi "telegram"da izləyin