Livan hakimiyyəti ölkədə iğtişaşların qarşısını almaq üçün tədbirlər görür

2026/06/1782533478.jpg
Oxunub: 202     19:04     27 İyun 2026    
Livanın prokuror-hakimi Əhməd Rami əl-Hac təhlükəsizlik qüvvələrinə ölkədə iğtişaşların qarşısının alınması üçün zəruri tədbirlər görməyi tapşırıb.

Ordu.az xəbər verir ki, bu barədə NNA dövlət agentliyi məlumat yayıb.

Qərar “Hizbullah” hərəkatı tərəfdarlarının İsrail və Livan arasında imzalanmış çərçivə sazişinə etiraz olaraq yolları bağlamasından sonra qəbul edilib.

Qərarda hüquq-mühafizə orqanlarından iğtişaşlarda iştirak edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb olunması üçün tədbirlərin görülməsi də tələb olunub.

NNA-nın məlumatına görə, Vaşinqtonda saziş imzalandıqdan sonra cümə günü axşam saatlarında “Hizbullah” tərəfdarları Beyrut küçələrinə çıxıblar. Etirazçılar avtomobil təkərlərini yandırıb və hava limanına aparan yolu bağlayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İğtişaş  


Bizi "telegram"da izləyin