Ordu.az xəbər verir ki, GEETHA-nın verdiyi açıqlamada 5 kazarmanın bağlanacağı və 9 birliyin birləşdiriləcəyi birinci mərhələnin dekabrın 31-dək tamamlanacağı bildirilib.
Açıqlamada məqsədin əməliyyat ehtiyaclarına uyğun olaraq qoşunları daha səmərəli və təsirli bir strukturla təmin etmək olduğu bildirilib.
Yunanıstanın müdafiə naziri Nikos Dendias noyabrın 15-də ölkədə Silahlı Qüvvələrin yenidən qurulması planını açıqlayıb.
Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, bu çərçivədə məcburi hərbi xidmət, peşəkar hərbi xidmət və silahlanma ilə bağlı bir çox dəyişikliklər nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az