11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib

2024/12/1734066836.jpg
Oxunub: 331     12:21     18 Dekabr 2024    
Dəməşq Beynəlxalq Hava Limanından 11 gündən sonra ilk sərnişin təyyarəsi uçub.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a dispetçer xidmətindən məlumat verilib.

"Suriya Hava Yolları” milli aviadaşıyıcısının Hələbə uçuşu həyata keçirilib", - agentliyin həmsöhbəti deyib.

Daha əvvəl bildirilmişdi ki, Dəməşq beynəlxalq hava limanının xüsusi icazə ilə təyyarələrin qəbulu və uçuşu üzrə fəaliyyəti 24 dekabr axşamına qədər uzadılıb. Hazırda dispetçerlərin yaydığı NOTAM məlumatına əsasən, bu cür məhdudiyyət qüvvədə qalır. Hələb hava limanı hələ də eyni rejimdə işləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəməşq   Suriya  


Bizi "telegram"da izləyin