ABŞ Suriyaya qoşun göndərmək imkanlarını araşdırır

2024/12/1734493455.jpg
Oxunub: 427     00:45     18 Dekabr 2024    
“ABŞ Suriyaya qoşun göndərmək imkanlarını araşdırır”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, hazırda Suriyada bir müddətdir orada olan koalisiya qüvvələrinin tərkibində olanlar istisna olmaqla, Amerika hərbçiləri yoxdur.

“Hazırda biz vəziyyəti qiymətləndirməyə davam edirik və müxtəlif tapşırıqları yerinə yetirmək, o cümlədən ABŞ Dövlət Katibi Antoni Blinkenin və digər ölkələrin şənbə günü elan etdiyi prinsipləri həyata keçirmək məqsədilə Suriyaya hərbi personal göndərmək üçün doğru zamanın nə vaxt ola biləcəyini araşdırırıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin