Ordu.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
“Rheinmetall” texnologiya konserni 2024-cü ilin dekabrında Ukraynaya daha 20 ədəd “Marder 1A3” PDM tədarükü üçün sifariş alıb”, - məlumatda qeyd edilir.
Bildirilir ki, sifarişin dəyəri avro ilə ikirəqəmli milyon diapazonun ortasındadır. Təchizat Almaniya tərəfindən maliyyələşdirilir.
“Rheinmetall” artıq üçrəqəmli sayda “Marder” PDM-ini Ukrayna silahlı qüvvələrinə verib”, - konserndən vurğulanıb.
Qeyd edək ki, “Rheinmetall” konserni Almaniya hökuməti adından bu tipli ilk 20 ədəd PDM-i 2023-cü ilin martında Kiyevə təhvil verib.
Ordu.az