Britaniya Ukraynanın enerji infrastrukturunun bərpası üçün növbəti yardım tranşını ayırıb

2024/03/1709958437.jpg
Oxunub: 508     20:05     17 Dekabr 2024    
Böyük Britaniya hökuməti Ukraynaya əlavə olaraq 35 milyon funt sterlinq (təxminən 44,5 milyon ABŞ dolları) ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, bu vəsait Ukraynada enerji infrastrukturunun bərpası və ölkə sakinlərinə humanitar yardımın göstərilməsi üçün nəzərdə tutulub.

“Londonun təqdim etdiyi maliyyə paketinin 20 milyon funt-sterlinqi (25,4 milyon ABŞ dolları) ölkənin enerji ehtiyaclarının təcili olaraq ödənilməsi və xəsarət alan enerji şəbəkələrinin təmiri, eləcə də onların mühafizəsi tədbirləri üçün istifadə edilməlidir”, - məlumatda deyilir.

Bu vəsait Ukraynanı əlavə 20 MVt güclə təmin edəcək layihənin həyata keçirilməsi üçün də istifadə olunacaq

15 milyon funt sterlinq (19,1 milyon ABŞ dolları) isə qış fəslində vətəndaşların ən həssas təbəqəsinə humanitar yardım göstərmək üçün nəzərdə tutulub. Bu vəsaitin bir hissəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ofisi vasitəsilə təmin ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin