Ordu.az xəbər verir ki, müxtəlif qəzet və internet saytlarında dərc olunan xəbərlərdə Türkiyənin müdafiə şirkətləri “Baykar”, ASELSAN və Türkiyə Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) dünyanın ən böyük 100 silah tədarükçüsü arasında olduğu, bu 3 şirkətin 2023-cü ildə ümumi satış gəlirlərinin 6 milyard dollar təşkil etdiyi bildirilib.
Xəbərlərdə bu nisbətin dünya üzrə ümumi müdafiə xərclərində ciddi paya malik olduğu vurğulanıb.
Türkiyənin müdafiə sənayesi sektorunda yüksələn gücə çevrildiyi, ölkənin üçüncü ölkələrə satışları və beynəlxalq əməkdaşlıqlar ilə mövqeyini gücləndirdiyi bildirilib.
Xəbərlərdə xüsusilə Ukraynada qarşıdurmaların artması və Qəzzadakı hərbi əməlyyatlarla döyüş texnologiyalarına tələbatın Türkiyə müdafiə sənayesi şirkətlərinin bu sahədəki təsirini daha da gücləndirdiyi vurğulanıb.
Türkiyənin yerli və milli istehsala verdiyi əhəmiyyətin həm milli, həm də beynəlxalq arenada müdafiə sənayesinin böyüməsini dəstəklədiyi qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az