Rusiyalı generalın ölümü ilə nəticələnən partlayışın təfərrüatları məlum olub

2024/12/1734420187.jpg
Oxunub: 801     11:12     17 Dekabr 2024    
Moskvanın Ryazanski prospektində Rusiya Müdafiə Nazirliyinin general-leytenantı İqor Kirillovun ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi tezliklə terror aktı kimi tövsif olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Nəşrin yazdığına görə, cinayəti törədən şəxs və onun mümkün şəriki tutulsa, dövlətə xəyanətdə ittiham olunacaqlar.

İstintaqın versiyasına görə, cinayəti açıq şəkildə Ukrayna xüsusi xidmət orqanları - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) və ya Ukrayna Təhlükəsizlik Xidməti (SBU) həyata keçirib. Onların nümayəndələri general Kirillovu, çox güman ki, ictimai şəxs olduğuna görə hədəf seçiblər. 2017-ci ildən qoşunlara rəhbərlik edərək, brifinqlərdə iştirak edib, o cümlədən Ukraynadakı Amerika bioloji laboratoriyaları haqqında danışıb.

Belə bir versiya da var ki, terror hücumu Müdafiə Nazirliyinin prezident Vladimir Putinin iştirakı ilə keçirilən kollegiya iclasına hazırlana bilərdi ki, cinayət sözün əsl mənasında bütün dünyada gurultulu olsun, lakin nədənsə növbəti günə təxirə salınıb.

Qeyd edək ki, dünən Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında Rusiya MN-nin kollegiya iclası keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   General  


Bizi "telegram"da izləyin