Yaponiya Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayır

2024/12/1734420097.jpg
Oxunub: 345     11:05     17 Dekabr 2024    
Yaponiya hökuməti Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq səbəbindən bu ölkələrə qarşı əlavə sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Takesi İvaya məlumat verib.

Onun sözlərinə görə, Tokio bu addımları ABŞ və digər ölkələrlə razılaşdırılmış şəkildə atır.

Nazir bildirib ki, hazırlanan sanksiyaların detalları işlənmə mərhələsindədir və paket bir müddət sonra elan ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Rusiya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin