İsrailin Qəzzaya zərbəsi nəticəsində səkkiz nəfər ölüb

2024/12/1734415750.jpg
Oxunub: 453     10:05     17 Dekabr 2024    
Qəzza şəhərinin mərkəzində Fələstin meydanı ərazisinə İsrail Silahlı Qüvvələrinin hücumu nəticəsində səkkiz nəfər ölüb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yaşayış evinə hücum edilib.

Daha əvvəl Qəzza şəhərinin şərqindəki Əl-Dərac rayonunda hücumlar nəticəsində 10 nəfərin, o cümlədən bir uşağın həlak olduğu bildirilib.

Telekanalın məlumatına görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 45 min nəfəri ötüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin