Reuters: İsrail nümayəndə heyəti Dohada Qəzza zolağına dair razılaşmanı müzakirə edir

2024/12/1734412409.jpg
Oxunub: 337     03:36     17 Dekabr 2024    
İsrailin nümayəndə heyəti Dohadadır və Qətər vasitəçiləri ilə Qəzza zolağında münaqişənin həlli üçün HƏMAS hərəkatı ilə razılaşmanın şərtlərini müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və anklavda saxlanılan girovların azad edilməsinə dair sazişin qalan detallarını müzakirə etmək üçün Qətər vasitəçiləri ilə işçi səviyyəli danışıqlar aparır.

Tərəflər mayın 31-də ABŞ prezidenti Co Baydenin şərtlərini irəli sürdüyü Qəzza razılaşması ilə bağlı İsrail və HƏMAS arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa çalışır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin