KİV: ABŞ husilərin Müdafiə Nazirliyinin binasına hücum edib

2024/12/1734412290.jpg
Oxunub: 430     02:46     17 Dekabr 2024    
ABŞ “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin Səna və Hudeydə şəhərlərinə silsilə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, hərəkatın hərbi hədəfləri, o cümlədən Yəmənin paytaxtı Sənada yerləşən husi hökumətinin Müdafiə Nazirliyinin binası kütləvi hücuma məruz qalıb.

Hücumun nəticələri barədə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Husi  


Bizi "telegram"da izləyin