Rəsmi Moskva Paşinyanın MDB dövlət başçılarının görüşündə iştirakına ümid edir

2023/12/1702444150.jpg
Oxunub: 455     15:54     16 Dekabr 2024    
Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-formal görüşündə iştirakına ümid edir.

Ordu.az-ın "RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Görüşə dəvət hər kəsə göndərilib. Bu gün hələ 16 dekabr tarixidir, bu görüş isə bir qədər sonra baş tutacaq. Ümid edirik ki, dəvət olunan şəxslərin hamısı, o cümlədən Nikol Paşinyan da Sankt-Peterburqa gələcək. Biz buna inanırıq, sonrasına isə baxarıq” – Qaluzin bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaluzin   Rusiya  


Bizi "telegram"da izləyin