Ordu.az xəbər verir ki, 2025-ci ildə Türkiyə prezidentinin fərmanı ilə Kibertəhlükəsizlik Komitəsi yaradılacaq.
Türkiyə Prezident Aparatına birbaşa bağlı olacaq komitə Prezident Aparatındakı Daxili İşlər, Ədliyyə, Milli Müdafiə, Nəqliyyat və İnfrastruktur, Sənaye və Texnologiya kimi nazirliklərin daxil olacağı Kibertəhlükəsizlik Şurasının qərarlarını həyata keçirəcək.
Komitə kibertəhlükəsizlik və informasiya infrastrukturlarının mühafizəsi sahələrində çalışacaq, həmçinin dövlət qurumları arasında koordinasiyanı təmin edəcək.
AK Partiya deputatları qrup sədri Abdullah Gülərin başçılığı altında Kibertəhlükəsizlik Komitəsinin hüquqi infrastrukturu üzərində işləyirlər.
Komitə qurulduqdan sonra AK Partiya tərəfindən hazırlanan qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Başkanlığına təqdim ediləcək.
Təklifdə komitənin təşkilati strukturu, vəzifələri, səlahiyyətləri və məsuliyyətləri ilə bağlı əsasnamələr də yer alacaq.
Sevinc Əliyeva
Ordu.az